525.Az

UNEC kitabxanasından istifadə edənlərin sayı artır


 

UNEC kitabxanasından istifadə edənlərin sayı artır<b style="color:red"></b>


Oktyabrın 21-dək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kitabxanalarından1758 magistr, doktorant və  dissertant, 298 müəllim olmaqla 20990 oxucu istifadə edib. 2637 nüsxə kitab verilib. Elektron kitabxanadan 4617 istifadəçi yararlanmış, sosial media və kitabxana veb səhifəsi üzərindən 215 sorğu cavablandırılıb.  

525.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, 24/7 kitabxanadan  3-21 oktyabrda 5963, e-resurslardan 2359 oxucu istifadə edib. Gecə oxucuları – 121 nəfər olub. Şənbə və bazar günləri – 949 oxucu kitabxanadan yararlanıb:

“Kitabxanadan istifadə sayına görə fakültələr üzrə ilk üçlükdə aşağıdakı fakültələr yer alır.  
Maliyyə və mühasibat- 7951, Beynəlxalq İqtisad Məktəbi- 3918, SABAH Mərkəzi- 2580 oxucu.
Ən çox oxunan kitablar isə Menkyu N.Q. Ekonomiksin əsasları, Qruber C. Dövlət maliyyəsi və dövlət siyasəti, Kruqman P.R. Beynəlxalq iqtisadiyyat, Mankiw Gregory N. Principles of economics, Lessambo F.I. International Finance  Audestad J.A., Overby H. Digital economics və Hesterman J., Fagel M.J. Soft targets and crisis managementdir”.

Sevinc Qarayeva
 

 





24.10.2022    çap et  çap et