ABŞ-ın Nyu-York şəhərində keçirilən konfransda bıçaqlı hücuma məruz qalan yazıçı Salman Rüşdinin bir gözünü itirdiyi və bir əlini işlədə bilmədiyi açıqlanıb.
525.az bu barədə xəbər verir ki, onun meneceri Endryu Uayli keçən avqust ayında ABŞ-ın Nyu York şəhərində qatıldığı konfransda səhnədə olarkən bıçaqlı hücuma məruz qalan Hindistan əsilli ingilis yazıçı Salman Rüşdinin səhhəti ilə bağlı açıqlama verib.
Uayli İspaniya mətbuatına verdiyi açıqlamada Rüşdinin bir gözünün görmə qabiliyyətini itirdiyini, bir əlini də istifadə edə bilmədiyini bildirib. Uayli Rüşdinin xəstəxanada, yoxsa başqa yerdə olduğu sualına: "Boynunda üç ciddi yara var idi. Qolunun sinirləri kəsildiyi üçün bir əli hərəkətsiz idi. Onun daha 15-ə yaxın yarası var", - ifadələrini işlətməklə cavab verməyib.
Malik Atilay
çap et