İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani 2015-ci ildə İranla imzalanmış nüvə sazişinin canlandırılması ilə bağlı açıqlamasında ABŞ-ın kifayət qədər siyasi iradəyə malik olmadığını bildirib.
525.az Türkiyə mediyasına istinadən bildirir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu gün keçirdiyi mətbuat konfransında 2015-ci ildə İranın nüvə sazişi ilə bağlı açıqlama verib. Kənani 2021-ci ilin aprel ayından bəri danışıqların enişli-yoxuşlu davam etdiyini deyib.
“Görüş xatirinə danışıqlar aparmırıq. İran 2015-ci il nüvə sazişini yenidən həyata keçirməyə hazırdır, lakin Vaşinqton kifayət qədər siyasi iradəyə sahib deyil”, -deyə Kənani bildirib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvü və İran 2015-ci ildə İranın nüvə fəaliyyətlərinə nəzarəti özündə ehtiva edən "Əhatəli Birgə Fəaliyyət Planı" adlı saziş imzalayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə birtərəfli qaydada sazişdən çıxmışdı. 2018-ci ildə İran administrasiyası da nüvə fəaliyyətlərini davam etdirib. 2021-ci ilin noyabrından ABŞ prezidenti olan Co Bayden isə razılaşmaya qayıtmaq üzrə işlərə başlayıb və İrana layihə mətni təqdim edilərək danışıqlar aparılmışdı.
Fərid Sançar
çap et