525.Az

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunub


 

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Ötən gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi keçirilib. Yubiley tədbirində dövlət hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar AYB-in çoxsaylı üzvləri iştirak ediblər.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin AYB-in yaradılmasının 80 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub: "Sizi - bütün Azərbaycan yazıçı, şair ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik yaradıcılığınızda uğurlar arzulayıram.

Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq qələm əhlinə böyük ehtiram bəsləmiş, şeiri, sənəti yüksək qiymətləndirmişdir. Yazıçı şairlərimiz ictimai fikrin formalaşdırılmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Müstəqilliyimizin əldə olunmasında möhkəmləndirilməsində onların xidmətləri danılmazdır. Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı şairlərimizin yaradıcılığının gücü ölçüyə gəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət rəğbət qazanmışlar.

Tariximizin bütün dövrlərində, hətta repressiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri şəxsiyyətləri ilə azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında heç nədən çəkinmədən, əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qalmışlar. Azərbaycan dilinin saflığının saxlanılması inkişafında da yazıçıların rolu təqdirə layiqdir.

Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb genişmiqyaslıdır.

Əminəm ki, onların öhdəsindən siz layiqincə gələcəksiniz. İlk növbədə ona görə ki, sizin başlıca amalınız ölkəmizin çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevrilməsidir. Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü vətənin azadlığı ərazi bütövlüyü naminə fəda etməyə hər an hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaqdır.

İnanıram ki, Siz yeni-yeni əsərlərlə oxucularınızı sevindirəcək, Azərbaycan ədəbiyyatının inkişafı naminə səylərinizi əsirgəməyəcəksiniz".

Mərasimdə çıxış edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar təbrikə görə ölkə başçısına minnətdarlığını bildirib: Azərbaycan incəsənətinə ədəbiyyatına daim diqqət qayğı göstərən ulu öndərin bu strategiyasını hazırda Prezident İlham Əliyev davam etdirir. Daha sonra Anar təşkilatın keçdiyi tarixi yola nəzər salıb: "1934- ilin iyun ayında yaradılmış Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli olmuşdur.

Sonrakı illərdə Azərbaycan Yazıçılar İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı kimi nəhəng söz bahadırları rəhbərlik ediblər. Ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra AYB milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərib. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirib. Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz Azərbaycan Yazıçılar Birliyi olub. Həmin dövrdə xalq o vaxtkı iqtidardan əlini üzəndə üzünü Azərbaycan Yazıçılar Birliyinə tutmuşdu". Xalq yazıçısı bildirib ki, elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat incəsənət xadimlərinə xüsusi qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev AYB-nin bir çox qurultayında çıxış edib.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Xalq yazıçısı Anarı yenidən qurumun sədri seçilməsi münasibətilə təbrik edib Birliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə Türkiyə, Gürcüstan, Rusiya, Estoniya, Qazaxıstan, Qırğızıstandan olan tanınmıış şair yazıçılar, nümayəndələr çıxış edərək Xalq yazıçısı Anara qurumun sədri kimi yeni uğurlar diləyiblər.

 





19.06.2014    çap et  çap et