Maykl B. Cordanın həm rejissor, həm də baş rolda oynadığı yeni " Warner Bros"un "Creed" seriyası üçün geri sayım başlayıb.
525.az xəbər verir ki, Silvester Stallonenin rol almayacağı yeni "Creed" seriyası gələn il tamaşaçılarla görüşəcək. Silvester Stallone tərəfindən yaradılan "Rokki Balboa" obrazı 1976-2000-ci illərdə boks filmləri dünyasını yeni səviyyəyə qaldırdı. 2016-cı ildə "Creed" ilə yeni bir mərhələyə keçən hekayədə bu dəfə Adonis Krid baş qəhrəman oldu və Rokki ekranda daha çox yan personaj olaraq yerini aldı. 2018-ci ildə yayımlanan "Creed 2" filmindən sonra üçüncü addımda isə Silvester Stallonenin layihəni davam etdirməyəcəyi açıqlanıb.
Michael B. Jordan-ın yazdığı və baş rolda olduğu "Creed 3: Əfsanə davam edir", Rokki Balboa və Apollo Keid irsini davam etdirmək üçün böyük ekrana qayıdacaq. Yeni filmin təfərrüatları gizli saxlanılsa da, Conatan Mayorsun canlandırdığı Damian Anderson və Adonis Krid arasındakı rəqabət böyük ekrana gətirilir. İlk iki seriyadan fərqli olaraq, serialın üçüncü filmi aparıcı aktyorun rejissor kürsüsünə əyləşməsi ilə digərlərindən seçilir.
Qeyd edək ki, Cordan "Marvel"in "Black Panther" filmində Erik Killmonger rolu, "Fruitvale Station" və "The Wire" filmlərindəki çıxışları ilə tanınır.

Məhəmməd Tağıyev
çap et