525.Az

...Sən mənim yoluma çıxana qədər


 

ÖMÜR-GÜN YOLDAŞIM ELNARƏ XANIMA

...Sən mənim yoluma çıxana qədər<b style="color:red"></b>

Rauf MƏMMƏDOV

 

Yolum tikanlıydı, quyum dərindi

Sən mənim yoluma çıxana qədər.

Həyatım mənasız, qəlbim sərindi

Sən mənim yoluma çıxana qədər.

 

Dostların iradı qəlbimi sıxdı,

İllərlə qəlb yandı, gözdən yaş axdı,

Tək bitən çinardım, küləklər yıxdı

Sən mənim yoluma çıxana qədər.

 

Buludlar rəqs edib yerə nur çilər,

Kasıb var-dövləti, varlı can dilər.

Mən nələr çəkmişəm - sevənlər bilər

Sən mənim yoluma çıxana qədər.

 

Sevməkçün yaranıb şir də, cüyür də,

Sevgisiz bir həyat yükdür çiyində.

İtmişdim həyatın dərinliyində

Sən mənim yoluma çıxana qədər.

 

Ağac da böyütdüm, çiçək də əkdim,

Murada çatmaqçun gör nələr çəkdim!

Allaha sığınıb gözləyəcəkdim

Sən mənim yoluma çıxana qədər.

 





24.10.2022    çap et  çap et