525.Az

ABŞ,Fransa və Böyük Britaniyadan Rusiyanın "çirkli bomba" iddiasına cavab


 

ABŞ,Fransa və Böyük Britaniyadan Rusiyanın "çirkli bomba" iddiasına cavab<b style="color:red"></b>

ABŞ, Fransa və Böyük Britaniya Rusiyanın Ukraynanın öz ərazisində çirkli bombalardan (radiaktiv tərkibli bomba) istifadə etməyə hazırlaşdığına dair iddialarını təkzib edib və Rusiyada gərginliyi artırmaq üçün istifadə olunacaq bəhanələri qəbul etməyəcəklərini bəyan ediblər.

525.az xəbər verir ki, ABŞ, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri birgə bəyanatda Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan ediblər. 

Bəyanatda sözügedən ölkələrin Ukraynanın öz ərazisini müdafiəsinə sona qədər dəstəyini davam etdirəcəyinə işarə edilən aşağıdakı ifadələrdən istifadə edilib: "Bu gün ölkələrimizin müdafiə nazirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ayrı-ayrılıqda görüşüblər. Ölkələrimiz Rusiyanın Ukraynanın öz torpağında çirkli bombalardan istifadə etməyə hazırlaşdığına dair yalan iddiaları rədd edib. Biz gərginliyi artırmaq üçün Rusiyanın bütün bu bəhanələrini rədd edirik", - deyə açıqlamada qeyd olunub. 

Sözügedən ölkələrin xarici işlər nazirlərinin telefon danışığında Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardımların davam etdirilməsi vurğulanıb.

Malik Atilay

 





24.10.2022    çap et  çap et