525.Az

"Philips" qlobal miqyasda 4 min işçini ixtisar edəcək


 

"Philips" qlobal miqyasda 4 min işçini ixtisar edəcək<b style="color:red"></b>

Niderland mərkəzli texnologiya şirkəti “Philips” qlobal miqyasda 4 min işçini işdən çıxaracağını açıqlayıb.

525.az xəbər verir ki, "Philips"in 2022-ci ilin üçüncü rübünün satış hesabatına görə, ardıcıl 5-ci rübdə satışlar və şirkət aktivləri azalıb. Şirkətin dövriyyəsi 2022-ci ilin üçüncü rübündə 5 faiz azalaraq 4.3 milyard avroya düşüb, bu dövrdə şirkət 1.5 milyard avro zərər çəkib. “Philips” ötən ilin üçüncü rübündə 358 milyon avro mənfəət əldə etdiyini açıqlayıb. 

Dünya üzrə 79 min işçisi olan şirkət, satışların və sifarişlərin azalması səbəbindən 400-ü Hollandiyada olacaq cəmi 4 min işçinin işdən çıxarılacağını açıqlayıb. “Philips”in Baş İcraçı Direktoru (CEO) Roy Yakobs: "Bizim prioritetimiz satışdan yığışdırdığımız yuxu apnesi cihazları səbəbindən itirilmiş müştərilərin etibarını bərpa etməkdir. Bunu edərkən, bizim üçün asan olmasa da, 4 min işçimizi dərhal işdən çıxarmalıyıq", - deyib.

Qeyd edək ki , 2021-ci ilin iyun ayında "Philips" 3-4 milyona yaxın Davamlı Müsbət Hava Yolu cihazlarını və yuxu apnesi cihazları kimi tanınan ventilyatorları, zəhərlənməyə səbəb olan köpüklənmə riskinə görə satışdan çıxarmışdı.

Məhəmməd Tağıyev

 





24.10.2022    çap et  çap et