525.Az

2023-cü ilin dövlət büdcəsində təhsil xərclərinə ayrılan məbləğ müəyyənləşib


 

2023-cü ilin dövlət büdcəsində təhsil xərclərinə ayrılan məbləğ müəyyənləşib<b style="color:red"></b>

 
2023-cü ilin dövlət büdcəsində təhsil xərclərinə ayrılan məbləğ müəyyənləşib. 

525.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə əsasən, təhsilə ayrılan məbləğ 4,4 milyard manat təşkil edəcək. 

Sənəddə bildirilib ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Sevinc Qarayeva

 





25.10.2022    çap et  çap et