525.Az

Məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artıb


 

Məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artıb<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən 1828 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2022-ci ilin əvvəlinə uşaqların sayı 125 min 318 nəfər olub. 2001-ci ildə isə 1790 məktəbəqədər təhsil müəssisəsinə 111 min 20 uşaq cəlb olunub. Bu da məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayının artdığını göstərir.

525.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” adlı rəsmi statistik məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində 17 min 3343 pedaqoji işçi çalışır. Onların 35,4 faizi ali təhsillidir. 2021-ci ildə isə bu rəqəm 34,6 faiz təşkil edib.

Sevinc Qarayeva

 





25.10.2022    çap et  çap et