525.Az

UNEC-də Fransada təhsil haqqında infosessiya keçirilib


 

UNEC-də Fransada təhsil haqqında infosessiya keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fransa səfirliyinin nəzdində “Campus France” tərəfindən bu ölkənin təhsil sistemi haqqında təqdimat keçirilib.

UNEC-dən 525.az-a bildirilib ki, “Campus France”nin koordinatoru və səfirliyin universitet əlaqələri və elmi əməkdaşlıq üzrə attaşesi Augustin Huot De Saint-Albin tərəfindən keçirilən təqdimatda tələbələrə Fransanın ali təhsil müəssisələrinə qəbul qaydaları, təqaüd imkanları, mübadilə və ikili diplom proqramları haqqında məlumat verilib.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sevinc Qarayeva

 





25.10.2022    çap et  çap et