525.Az

Biomüxtəliflik üzrə Qlobal İnformasiya Sisteminin əməkdaşı BDU-da təlim keçib


 

Biomüxtəliflik üzrə Qlobal İnformasiya Sisteminin əməkdaşı BDU-da təlim keçib<b style="color:red"></b>

Biomüxtəliflik üzrə Qlobal İnformasiya Sisteminin (Global Biodiversity Information Facility - GBIF) İştirak və qarşılıqlı fəaliyyət üzrə proqramının əməkdaşı, danimarkalı Andrey Rodriqes Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbə və əməkdaşları üçün təlim keçib.

Bu barədə  525.az-a BDU-dan məlumat verilib.

GBIF planetin istənilən nöqtəsindən olan istənilən istifadəçiyə internet şəbəkəsi vasitəsilə Yer kürəsində yayılan bitki və heyvan növləri barədə informasiyaya giriş əldə eməyə imkan verir. A.Rodriqes qeyd edib ki, iştirakçı dövlətlər GBIF-də milli portala, proqram koduna və məlumatlara malikdir. Sistemin məqsədlərindən biri də biomüxtəliflik barədə informasiyaya sərbəst girişin təmin edilməsi üçün vacib olan məlumat, bacarıq və texnologiyaları mobilləşdirməkdən ibarətdir.

Təlimin sonunda A.Rodriqes portaldan istifadə üçün tələbələrlə sınaq keçirib.

Sevinc Qarayeva

 





25.10.2022    çap et  çap et