525.Az

UNEC-də Qarabağda məskunlaşmaq istəyənlərlə bağlı empirik təhlillər aparılıb


 

UNEC-də Qarabağda məskunlaşmaq istəyənlərlə bağlı empirik təhlillər aparılıb<b style="color:red"></b>


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağda məskunlaşmaq istəyənlər və istəməyənlər: effektiv repatriasiya üçün vacib olan nədir?” mövzusunda onlayn seminar keçirilib.

UNEC-dən 525.az-a bildirilib ki, seminarı giriş sözü ilə açan Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışıb, işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın reallaşdırılması üçün, ilk növbədə, Qarabağın dirçəlişinə nail olunmasının vacibliyini vurğulayıb.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev mövzu ilə bağlı aparılan empirik təhlilləri təqdim edib. “Qarabağda daimi yaşamaq istəyərsinizmi?” sorğusunun nəticələrini açıqlayan X.Alıyev bildirib ki, 17-34 yaş qrupu üzrə respondentlərin 34 faizi, 35-49 yaş qrupu üzrə 41,2 faizi, 50-64 yaş arası 89,5 faizi, 65-80 yaş qrupu üzrə isə 33,3 faizi, “Bəli, icazə verilsə, mümkün qədər tez” cavabını verib.

UNEC-in müəllimi, iqtisadçı-ekspert Əhliman Abbasov isə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın ölkənin iqtisadi inkişafına təsirindən danışıb.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq istəyənlər üçün müvafiq infrastrukturun yaradıldığı vurğulanıb.

Seminar UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilib.

Sevinc Qarayeva

 





25.10.2022    çap et  çap et