525.Az

DİM-də iclas keçirilib


 

DİM-də iclas keçirilib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, fransız dili, kimya fənni üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Azərbaycan dili fənni üzrə iclasın gündəlik məsələsi hərbi liseylərə qəbul, ingilis dili və fransız dili fənlərindən isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış, kimya fənni üzrə isə ali məktəblərə və hərbi liseylərə qəbul imtahanları proqramlarının müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Sevinc Qarayeva

 





25.10.2022    çap et  çap et