525.Az

Azərbaycanda bu il elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb


 

Azərbaycanda bu il elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 38 463,7 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 16,9% azdır.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında bu göstərici 46 295,1 min manat təşkil edib.

Məlumata görə, hesabat dövrü ərzində ölkədə 3 160,4 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,5% çoxdur. 2021-ci ilin birinci rübündə bu göstərici 1 741,3 min manat təşkil edib.

Qeyd edilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 15 449,59 QVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 1,6% artım deməkdir. Ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 15 208,9 QVt/saat təşkil edib.

 





25.10.2022    çap et  çap et