525.Az

Tofiq Məlikli: “Çingiz Hüseynovun bu addımında bir az təxribat havası var”


 

Tofiq Məlikli: “Çingiz Hüseynovun bu addımında bir az təxribat havası var”<b style="color:red"></b>

Yazıçı Çingiz Hüseynovun Azərbaycan Yazıçılar Birliyindən istefa verməsinə münasibət bildirən AYB-nin Moskva bölməsinin sədri, professor Tofiq Məlikli “525”in əməkdaşına açıqlamasında bu hadisə ilə bağlı təəccüb və təəssüfünü ifadə edib: «Təəccüblənməyimin bir neçə səbəbi var. Əvvəla, bundan öncəki qurultayın qərarına nizamnaməyə görə, bölmələr öz aralarında nümayəndələrini seçirlər.

Azərbaycan
Moskva bölməsinin iclasında iki nəfər - mən İlham Bədəlbəyli nümayəndə seçilib.

Bizim
bölmə yarandığı zaman Çingiz Hüseynova müraciət etmişik, bizim bölmənin üzvü olub sonra imtina edib. 2006- ildən bu yana bizim təşkilatın fəaliyyətində bu ya digər şəkildə iştirak etməyib.

O
həmişə özünü Rusiya Yazarlar Birliyinin nümayəndəsi  kimi qələmə verib. Hətta bizim təşkil etdiyimiz tədbirlərdə belə Rusiya Yazarlar Birliyinin nümayəndəsi olduğunu bizə çatdırmağa çalışıb. Digər bir məqam ondan ibarətdir ki, Çingiz Hüseynov  aylar öncə Moskvadan İsrailə köçüb. Bizimlə heç bir əlaqəsi yoxdur. Bütün bunları nəzərə alıb sual edirəm: hansı qanunlara qaydalara görə biz onu namizəd göstərməliydik nümayəndə seçməliydik? Qəribə burasıdır ki, istefa verməsini AYB-nin
Rusiya
bölməsinə, yaxud Yazıçılar Birliyinə ünvanlamır, bu barədə “Azadlıq radiosu”na məlumat verir.

Yəni
mən onun bu addımında bir az təxribat aranı qarışdırmaq havası olduğunu hiss eləyirəm. Mənə elə gəlir ki, istefa bəyanatının verilməsində bu hava öz rolunu oynayıb. Hörmət etdiyim ağsaqqal yazıçımızın bu hərəkətini heç cür başa düşmürəm təəssüf edirəm. Bunun kiminsə tərəfindən yanlış yönləndirmə olduğunu düşünürəm. Onun çıxışına tam qulaq asmadığımdan mənə verilən məlumata dayanaraq bəzi şeyləri dəyərləndirirəm. Görünür, onun qurultaya dəvət edilməməsi, kitabının latın qrafikası ilə çap olunmaması, başqa istəklərinin həyata keçməməsi bütün narazılıqlarını bir yerə toplayıb. Amma fikrimcə, bu narazılıqlar yersizdir, bu narazılıqların altında isə başqa bir cəhət dayanır».

S.MÜRVƏTQIZI

 





19.06.2014    çap et  çap et