525.Az
Bakı Təhsil İdarəsi müəllimlərə müraciət edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində çalışan müəllimlərə müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq Sınaq Qiymətləndirilməsinin nəticələrinin BŞTİ-nin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərarı alınıb. Nəticələr ilə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış olmaq mümkündür.
Sınaq qiymətləndirilməsində iştirak edən bir qisim müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib.
Qeyd edək ki, hazırda nəticələrin emalı prosesi yekunlaşıb və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur. Ən qısa müddət ərzində nəticələr elan olunacaq.
19.06.2014
çap et