Yunan mətbuatı ölkələrinə səfər edən Almaniya baş naziri Olaf Şoltsun Yunanıstanın baş naziri Mitsotakislə görüşündə Türkiyənin Şərqi Aralıq dənizindəki mövqeyinin diqqət mərkəzində olacağını yazıb.
525.az Türkiyə mediasına istinadən məlumat verir ki, Almaniya kansleri Olaf Şolts Fransaya rəsmi səfərindən sonra bu gün Yunanıstana yola düşür. Bu axşam Afinaya gəlməsi gözlənilən Şolts sabah Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşəcək. İki lider təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
Son günlər bir çox təxribatlara əl atmağa çalışaraq davamlı olaraq Türkiyəni hədəf alan Yunanıstan Almaniya baş nazirinin ölkələrinə səfərini Ankaradan şikayət etmək üçün yeni fürsət kimi görüb.
Digər tərəfdən Olaf Şoltsun Yunanıstana səfəri zamanı təxminən 4 milyard avroluq silahlanma proqramının və ya bu proqramın bir hissəsinin açıqlanması da gözlənilir.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasındakı münasibətlər Minsotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra gərginləşmişdi.
Fərid Sançar
çap et