525.Az

Anar növbəti dəfə AYB-nin sədri seçilib


 

Anar növbəti dəfə AYB-nin sədri seçilib<b style="color:red"></b>

Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.

525.az xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.

Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna keçirilən seçkidə Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.

Qeyd edək ki, seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

 





26.10.2022    çap et  çap et