525.Az

2 nəfərlik film 3 mükafat qazandı


 

2 nəfərlik film 3 mükafat qazandı<b style="color:red"></b>

2 nəfərlik aktyor heyəti ilə çəkilən və köməkçi baş rolunu bir pişiyin canlandırdığı “Həyatımın Son 5 Günü” filmi Kanada, Macarıstan və Türkiyədə 3 mükafat qazanıb. Filmin rejissoru və baş rol ifaçısı Baldemir: "Filmimiz 2 nəfərlik komanda ilə və 1300 lirəlik büdcə ilə çəkilən ilk film olma xüsusiyyəti ilə seçilir. O zaman pulumuz yox idi, vaxtımız da. Biz bu filmi dost-tanışdan material istəyib çəkdik”, - deyib.

525.az xəbər verir ki, iki nəfərlik aktyor heyəti və köməkçi baş rolu oynayan bir pişiklə çəkilən “Həyatımın Son 5 Günü” filmi Türkiyədə və xaricdə keçirilən 6 film festivalından 3 mükafat alıb. Rejissorluq, operator, işıqlandırma və montaj kimi bütün çəkiliş mərhələlərinin Mahmut Baldemir və Hüseyin Uc tərəfindən edildiyi 93 dəqiqəlik filmdə Baldemir baş rolu canlandırıb. 

“Mamud” adlı pişiyin də baş rolda oynadığı filmdə həyatına son qoymaq istəyən şəxsin son 5 gündə nələr yaşadığından danışılır. Beş fərqli dilə tərcümə edilən və Rusiyada ilk dəfə olaraq "Ən yaxşı film" nominasiyasında nümayiş etdirilən "Həyatımın Son 5 Günü" filmi İngiltərə və Kanadada keçirilən festivallarda müxtəlif nominasiyalarda namizəd olub. 

Macarıstanda “Ən yaxşı eksperimental film”, Kanadada isə “Ən yaxşı kişi rolu” mükafatlarını qazanan film Türkiyədə ilk dəfə 10-cu Antakya Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Antakyada keçirilən festivalda "Ən yaxşı film" kateqoriyasında iki nominasiya ilə çəkilən film "10-cu İl Xüsusi Mükafatı"nı qazanıb. Filmin rejissorlarından və baş rol ifaçısı Mahmut Baldemir Anadolu Agentliyinə (AA) 2016-cı ildə bu filmə çəkilmək qərarına gəldiklərini deyib.

Malik Atilay

 





26.10.2022    çap et  çap et