525.Az

ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasının gündəliyi məlum olub


 

ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasının gündəliyi məlum olub<b style="color:red"></b>

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçiriləcək 23-cü yay sessiyasının gündəliyi məlum olub.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, sessiyanın gündəliyi “Helsinki+40” devizi altında regionda təhlükəsizliyə həsr ediləcək. O qeyd edib ki, toplantıda ayrı-ayrı komitələrdə hazırlanmış məruzələr, qətnamələr də müzakirə olunacaq: “Bütün bunlar plenar iclasda müzakirə olunaraq sessiyanın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək”.
 
B. Muradova sessiyada Ukrayna mövzusu ilə bağlı xüsusi debat təşkil olunacağını da söyləyib: “Bu, gündəliyin ən maraqlı məsələsi olacaq. Müzakirə iyulun 1-nə nəzərdə tutulmuş plenar iclasda keçiriləcək”.
 
Qeyd edək ki, ATƏT PA-nın 23-cü yay sessiyası iyunun 28-dən iyulun 2-nə qədər Bakıda keçiriləcək.

 





19.06.2014    çap et  çap et