525.Az

Tiflisdə zəncirvari qəza - 2 ölü, 8 yaralı


 

Tiflisdə zəncirvari qəza - <b style="color:red">2 ölü, 8 yaralı</b> Tiflisdə ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.
 
Hadisə barədə APA-ya məlumat verən Tiflis Fövqəladə Hallar Departamentinin rəisi Temur Giorqadze bildirib ki, 3 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
 
Maşınların birində azyaşlı uşaqlar da olub. Qəza nəticəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.
 
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
 





19.06.2014    çap et  çap et