525.Az

Tehsilim.edu.az portalında tədqiqat, biznes və innovasiyalarla bağlı beş e-kurs istifadəyə verilib


 

Tehsilim.edu.az portalında tədqiqat, biznes və innovasiyalarla bağlı beş e-kurs istifadəyə verilib<b style="color:red"></b>


Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı 5 e-kurs istifadəyə verilib.

Həmin e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kursları daxildir.

İnstitutdan 525.az-a verilən məlumata görə, oktyabr 12-dən 23-dək e-kurslara qeydiyyat aparılıb. E-kursların tədrisi tehsilim.edu.az sərbəst öyrənmə portalı vasitəsilə onlayn və asinxron formatda əvvəlcədən hazırlanmış modullar əsasında aparılır. Qeydiyyatdan keçmiş şəxslərə elektron öyrənmə prosesində dəstək olmaq məqsədilə hər bir e-kurs üçün müvafiq olaraq tyutor təyin olunub.

E-kursların dekabr ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur. E-kursları müvəffəqiyyətlə bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikat təqdim olunacaq.

Sevinc Qarayeva

 





27.10.2022    çap et  çap et