525.Az

"Daşıyıcıların yeni marşrut xətlərinə marağı yoxdur"


 

"Daşıyıcıların yeni marşrut xətlərinə marağı yoxdur"<b style="color:red"></b>

Azərbaycanın daşıyıcı şirkətlərinin yeni marşrut xətlərinə marağı yoxdur.

525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Son vaxtlar çalışırıq ki, yeni marşrut xətlərini ancaq müsabiqə yolu istifadəyə verək. Qarabağ istiqamətində marşrut xətləri üçün müsabiqələr keçirilib, hazırda isə cənub bölgəsi üçün də müsabiqələr keçirilir. Bu müsabiqələri tam şəffaf şəkildə keçirmək bizim vəzifəmizdir. Ancaq şirkətlər tərəfdən maraq yoxdur. Bizi bunu təbliğ etməyə çalışırıq", - deyə o, qeyd edib.

 





27.10.2022    çap et  çap et