525.Az

“Yerli istehsalın genişləndirilməsi, idxalın payının azaldılmasına nail olmalıyıq”


 

 “Yerli istehsalın genişləndirilməsi, idxalın payının azaldılmasına nail olmalıyıq”<b style="color:red"></b>

“Dünya bazarındakı qiymət artımları Azərbaycana idxal inflyasiya formasında təsir göstərir”. 

525.az-ın xəbərinə görə, bunu millət vəkili Vüqar Bayramov deyib . O bildirib ki, Dövlət Statistikası Komitəsinin bir müddət öncə sözügedən məsələ ilə bağlı yaydığı məlumat onu deməyə əsas verir ki, ölkəyə daxil olan məhsullarda müşahidə edilən artım istehlak bazarında qiymətlərin proqnozlaşdırılmasından daha çox artmasına gətirib çıxardır: 

“Bu Azərbaycandakı istehlak bazarında qiymətlərin artması təbii ki, arzuolunan bir hal deyil. Bu konteksdə Nazirlər Kabinetinin əsas həyata keçirdiyi fəaliyyətlərdən biri də məhz anti-inflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Strateji olaraq idxalın aradan qaldırılması dünya bazarındakı qiymət artımlarının Azərbaycandakı istehlak bazarındakı təsirlərini minimallaşdıra bilər. Bu baxımdan əsas məqsədlərdən biri də dünya bazarındakı qiymətlərin Azərbaycanın istehlak bazarına təhsillərini minimallaşdırmaq üçün yerli istehsalın genişləndirilməsi, idxalın payının azaldılmasına nail olmaqdır”.

Sevinc Qarayeva
 

 





27.10.2022    çap et  çap et