“Qadınların gözü ilə” mövzusunda “Qadın Filmləri Festivalı” keçirilib.
525.az xəbər verir ki, Qəzzadakı Qadın Mərkəzi tərəfindən bu il 8-ci dəfə Fələstin Milli Qadınlar Günü münasibəti ilə təşkil edilən festivalda ərəb qadınlarının yaşadığı çətinliklərə diqqət çəkilib.
Qadın Mərkəzinin direktoru Amal Siyam festival çərçivəsində Fələstin və bəzi ərəb ölkələrindən olan kişi və qadın rejissorların hazırladığı 12 filmin tamaşaçılarla görüşdüyünü bildirib.
Filmlərin hamısının müxtəlif ərəb ölkələrində, xüsusilə Qəzzada və ümumilikdə Fələstində qadınların yaşadıqları problemlərə və çətinliklərə işıq saldığını bildirən Siyam qadınlara qarşı zorakılıq, qətl və immiqrasiya ilə yanaşı, qadın jurnalistlərin də üzləşdiyi problemlərə toxunub.
Siyam bir günlük festivalın qadınları dəstəkləmək məqsədi daşıdığını vurğulayıb.
Malik Atilay
çap et