Kreml sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın Rumıniyaya qoşun yeritməsi regiona sabitlik gətirməyəcək.
525.az xəbər verir ki, Peskov jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın 101-ci Hava Desant Diviziyasının əsgərlərinin Rumıniyaya göndərilməsi ilə bağlı qiymətləndirmələr edib. Bu hərbi birləşmələrin Rusiya üçün təhlükəli olduğuna diqqət çəkən Peskov: "ABŞ əsgərləri sərhədlərimizə nə qədər yaxın olarsa, bizim üçün təhlükə o qədər böyük olar", - deyib.
Peskov ABŞ əsgərlərinin bölgədə sabitliyi gücləndirmədiyini vurğulayaraq, bu təhlükəyə qarşı tədbir görməyə davam edəcəklərini bildirib. Rusiyada Ukrayna müharibəsinə səfərbərliyə göndərilənlərin hərbi texnikasında yaranan problemlər barədə sualları cavablandıran Peskov bu texnika ilə bağlı görülən sərt tədbirlərin öz nəticəsini verməyə başladığını bildirib. Peskov: "Tədbirlər görülür, bu problemlər aradan qalxacaq", - ifadəsini işlədib. Peskov Ukraynanın "çirkli bomba" istifadə edərək terror hücumuna hazırlaşdığını iddia edib və bu hücumun baş verəcəyi ilə bağlı məlumatlara malik olduqlarını müdafiə edib.
Məhəmməd Tağıyev
çap et