525.Az

Fövqəladə neft ehtiyatlarından istifadə problemlər yaradacaq


 

Fövqəladə neft ehtiyatlarından istifadə problemlər yaradacaq<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib ki, fövqəladə neft ehtiyatlarından istifadə yaxın aylarda problemlər yaradacaq.

525.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) paytaxt Ər-Riyadda təşkil etdiyi 6. Gələcək İnvestisiya Təşəbbüsü Konfransında çıxış edən nazir Əbdüləziz bin Salman strateji ehtiyatlardan istifadə ilə bağlı xəbərdarlıq etməyi öz vəzifəsi olduğunu bildirib.  Nazir Əbdüləziz bin Salman: "Neft ehtiyatlarının tükənməsi təhlükəli nəticələrə səbəb olur. Çünki fövqəladə neft ehtiyatlarından istifadə yaxın aylarda problemlər yaradacaq. Hər kəs güclü tənəzzüldən danışır, ən pisdən qorunmaq vacibdir. Biz hər zaman ən pisə hazır olmalıyıq", - deyib. 

Avropanın tədarük zəncirində ciddi problemlərin olduğunu və Səudiyyə Ərəbistanının böhrandan çıxmaq üçün Avropa hökumətləri ilə danışıqlar apardığını bildirən nazir, gələcək aylarda ehtiyacı olan hər kəsə neft verəcəklərini vurğulayıb. ABŞ-ın strateji neft ehtiyatından 15 milyon barel neft çıxarmağı planlaşdırdığı açıqlanıb. Oktyabrın 19-da Ağ Evdən verilən açıqlamada, Baydenin oktyabrın 26-da ABŞ-ın enerji təhlükəsizliyini gücləndirmək, hasilatı təşviq etmək və xərcləri azaltmaq üçün yeni addımları açıqlayacağı bildirilib.

Qeyd edək ki, Bayden administrasiyasının strateji neft ehtiyatlarından daha çox neft satmaq planı, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun gündəlik neft hasilatını azaltmaq qərarından sonra ortaya çıxması diqqət çəkmişdi.

Məhəmməd Tağıyev

 





27.10.2022    çap et  çap et