525.Az

İranda məscidə silahlı hücum


 

İranda məscidə silahlı hücum<b style="color:red"></b>

İranın Şiraz şəhərindəki Şah Çərəq məscidinə silahlı basqın edilib. Üç hücumçunun açdığı atəş nəticəsində ilkin məlumata görə, 15 nəfər həyatını itirib, 40 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 

525.az xəbər verir ki, üç silahlı şəxs axşam saatlarında İranın cənubundakı Şiraz şəhərində məscidə daxil olaraq məscidin girişində məsul şəxslərə və içəridəki namaz qılanlara atəş açıb. 

İlkin məlumata görə, 15 nəfər həyatını itirib, 40 nəfər yaralanıb. Polis hücum edənlərdən ikisini saxlayıb, bir cinayətkarın qaçdığı bildirilib. İŞİD terror təşkilatı sosial şəbəkədə hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb. 

Tasnim Xəbər Agentliyinin məlumatına görə, ölənlər arasında qadın və uşaqlar da var. 

Məhəmməd Tağıyev

 





27.10.2022    çap et  çap et