525.Az

Avropada enerji böhranına görə isidilə bilməyən evlərin sayı artıb


 

Avropada enerji böhranına görə isidilə bilməyən evlərin sayı artıb<b style="color:red"></b>

Almaniya Federal Statistika İdarəsinin hesabatına görə, Almaniyada 2.6 milyon insan yoxsulluq üzündən evlərini qızdıra bilməyib. Lakin digər Avropa İttifaqı ölkələrində bu nisbət xeyli yüksəkdir və enerji qiymətlərinin artması səbəbindən tədricən artır.

525.az xəbər verir ki, daim artan enerji qiymətləri hətta payızın əvvəlində də istilik xərclərini günü-gündən artırır.

Almaniya Federal Statistika İdarəsinin hesabatına görə, enerji böhranından əvvəl də Almaniyada əhalinin 3.2 faizi maliyyə səbəblərindən 2021-ci ildə evlərini və ya mənzillərini kifayət qədər isti saxlaya bilməyib.

Tək yaşayan şəxslər və tək valideynli ailələrdə olan insanlar orta hesabla daha tez təsirləniblər. Tək yaşayanların təxminən 4.3 faizi, tək valideynli ailələrdə yaşayanların isə 4.7 faizi pul çatışmazlığı səbəbindən evlərini lazımi dərəcədə qızdıra bilməyib.

Malik Atilay

 





27.10.2022    çap et  çap et