525.Az

Prezident İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib


 

Prezident İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.

525.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edilib, ticarət dövriyyəsinin artımı vurğulanıb.

Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

 

 

 





28.10.2022    çap et  çap et