525.Az

Polşa Rusiyanı "terrorçu rejim" kimi tanıyan qətnamə qəbul edib


 

Polşa Rusiyanı "terrorçu rejim" kimi tanıyan qətnamə qəbul edib<b style="color:red"></b>

Polşa Senatı Rusiya administrasiyasının “terrorçu rejim” kimi tanınmasını ehtiva edən qətnamə qəbul edib.

525.az xəbər verir ki, Polşa parlamentinin yuxarı palatası olan Senat axşam iclasında Rusiya administrasiyasının “terrorçu rejim” kimi tanınmasını ehtiva edən qətnaməyə səs verib. 

Qətnamə 100 nəfərdən ibarət Senatda keçirilən iclasda iştirak edən 85 senatorun “hə” səsi ilə qəbul edilib. Fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasını pisləyən bəyanatda: “Rus quldurları forma geyinmiş hərbi əsirləri və dinc əhalini işgəncə ilə qətlə yetirir. Onlar ukraynalı uşaqları rejimin əsgəri etmək üçün oğurlayır, Ukrayna vətəndaşlarını zorla Rusiyanın ucqar bölgələrinə köçürürlər”, - deyilir. 

Beynəlxalq ictimaiyyət həmçinin Ukraynaya və ukraynalılara qarşı cinayətlərə görə məsuliyyət daşıyanların Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılması ideyasını dəstəkləməyə çağırılıb. 

Qərardan sonra verdiyi açıqlamada Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya “terrorçu dövlət” kimi təzyiqlərin hər gün artırılmalı olduğunu, bunun fərqində olan və buna zəmanət verən liderlərə və siyasətçilərə minnətdar olduğunu bildirib. 

Qeyd edək ki, Litva, Latviya və Estoniya parlamentləri daha əvvəl Rusiyanı terrorçu rejim elan etmişdi.

Malik Atilay

 





28.10.2022    çap et  çap et