525.Az

Orduda insident: əsgər yoldaşlarını güllələyib, özü intihar etdi


 

Orduda insident: <b style="color:red">əsgər yoldaşlarını güllələyib, özü intihar etdi</b>

Qərb bölgəsində yerləşən "N" saylı hərbi hissədə silahlı insident baş verib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 20-si səhər saatlarında əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib.
 
Daha sonra əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib.
 
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
 
Hadisə ilə bağlı cinayət işi başlanıb.
 
Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 





20.06.2014    çap et  çap et