525.Az
12 rayonda qaz olmayacaq
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar saat 14:00-dan 16:00-dək Zaqatala, saat 16:00-dan 18:00-dək Balakən, saat 18:00-dək Tovuz rayonlarının bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi, yenidənqurma, təmir-profilaktika işlərinin görülməsi ilə əlaqədar saat 15:00-dək Qəbələ, saat 17:00-dək Ağsu, saat 18:00-dək Nərimanov, Şamaxı və Lənkəran, saat 14:00-dan 18:00-dək Şəmkir, işlər başa çatanadək isə Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
20.06.2014
çap et