525.Az

Rusiyada qismən səfərbərlik fəaliyyəti başa çatıb


 

Rusiyada qismən səfərbərlik fəaliyyəti başa çatıb<b style="color:red"></b>

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsində səfərbərlik fəaliyyətinin başa çatdığını açıqlayıb. Şoyqu: "Orduya qəbul edilənlərdən 218 mini atış poliqonlarında təhsil alır, onlardan 82 mini təlimdən sonra əməliyyatın davam etdiyi bölgəyə göndərilib", - deyib.

525.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə ölkədəki qismən hərbi səfərbərlik barədə məlumat verib. Səfərbərliyin sentyabrın 21-də elan edildiyini xatırladan Şoyqu: "Səfərbərlik çərçivəsində 1300-dən çox müxtəlif səviyyəli icra hakimiyyəti nümayəndəsi və 27 mindən çox iş adamı orduya çağırılıb. 13 min vətəndaş könüllü olaraq orduya qoşulub. Orduya gedənlərin orta yaşı isə 35-dir", - deyə bildirib. 

Ümumilikdə 300 min vətəndaşın orduya çağırıldığını qeyd edən Şoyqu: "Onların 41 mini birliklərin tərkibində fəaliyyət göstərir. Səfərbərlik tədbirləri başa çatıb", - deyə bildirib. Rusiya prezidenti Putin ölkədə elan edilən səfərbərliyin zəruri olduğunu vurğulayıb: "Prosesdən nəticə çıxarılmalıdır. Hərbi şöbələrdə qeydiyyat sistemi yenilənməlidir", - deyib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri üçün lazım olan bütün elementlərin inşası sahəsində düzəlişlərin edilməli olduğunu vurğulayan Putin, Şoyquya bu istiqamətdə lazımi addımların atılmasını tapşırıb.

Məhəmməd Tağıyev

 





29.10.2022    çap et  çap et