525.Az

Madriddən Qətərə piyada gedəcəkdi


 

Madriddən Qətərə piyada gedəcəkdi<b style="color:red"></b>

İspaniyanın paytaxtı Madriddən Qətərdə keçiriləcək dünya çempionatına getmək istəyən və bu yolu piyada keçməyə qərar verən ispaniyalı Santiaqo Sançesin hekayəsi dünya mətbuatında işıqlandırılıb. Bir müddətdir xəbər alına bilməyən Sançesin yeri ilə bağlı təəccüblü iddia ortaya atılıb.

525.az xəbər verir ki, 41 yaşlı piyada atlet Santiaqo Sançezin anası Celia Cogedor, oğlu ilə bağlı narahatlığını ifadə edib. 

İspaniyadan yola düşərək Qətərdə keçiriləcək dünya çempionatına getmək üçün marşrutu üzrə ölkələri gəzən Sançez bu macəranın foto və videolarını Instaqram hesabında izləyiciləri ilə paylaşıb. 

Bu, qatı futbol azarkeşi olan Sançesin ilk macərası deyil. 2019-cu ildə yenidən Madriddən Səudiyyə Ərəbistanına gedən atlet matçı izləmək üçün bu uzun və çətin səfərləri etməkdən çəkinməyib.

Oktyabrın 1-də sosial mediada son paylaşımını edən Sançezdən günlərlə xəbər yox idi. Oktyabrın 17-də onun anası oğlunun itdiyini bildirib və Sançesin İranda saxlanıldığını iddia edib.

Yerli KİV-in məlumatına görə, İspaniya hökuməti Santyaqo Sançesin ailəsinə onun İranda saxlanması barədə məlumat verib, lakin saxlanmasının səbəbi barədə məlumat verilməyib. 

"Biz bu səhər İspaniya Xarici İşlər Nazirliyindən öyrəndik ki, həbs olunma şansı 99 faizdir", - Sançesin anası bildirib. Saxlanılma xəbərinə baxmayaraq, ən azı oğlunun sağ olduğunu öyrənən ailə ümidli olduqlarını bildirib.

İspaniyalının ailəsi Sançesin və tərcüməçisinin Tehrandakı həbsxanada olduğuna inandıqlarını bildiriblər. "Daimi şübhə içində olmaq əvəzinə, bizdə böyük bir ümid parıltısı var idi, ona görə də indi səfirliyin onun vəziyyətini bizə rəsmi şəkildə bildirmək səylərinə güvənirik", - Santiago Sanchezin qardaşı belə deyib.

İspaniyanın Tehrandakı səfirliyi Sançeslə bağlı İran rəsmiləri ilə əlaqə saxlayır. Bu barədə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilib. Səlahiyyətlilər əlavə məlumat verməkdən imtina ediblər. Sançes sonuncu postunu oktyabrın 1-də paylaşıb və ailəsi ilə ən son o zaman danışıb. Həmin şəxsin oktyabrın 2-də İran-İraq sərhədini keçərək İrana getdiyi ehtimal edilir.

Malik Atilay

 





29.10.2022    çap et  çap et