525.Az

Almaniya İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb


 

Almaniya İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb<b style="color:red"></b>

Almaniya İranda davam edən təhlükəsizlik tədbirlərinə etiraz olaraq İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

525.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse Berlində açıqlamasında: "Mən təsdiq edə bilərəm ki, həm Tehrandakı səfirimiz, həm də İranın Berlindəki səfiri dünən müvafiq Xarici İşlər Nazirliklərində görüşə dəvət olunublar", - deyib. 

Sasse: "Biz federal hökumətin mövqeyini çox aydın ifadə etdik", - deyə bildirib.

Qeyd edək ki, sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin polis tərəfindən öldürülməsi ilə başlayan hökumət əleyhinə etirazlardan sonra Almaniya üçüncü dəfə İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Malik Atilay

 





29.10.2022    çap et  çap et