525.Az

Aİ-nin xüsusi nümayəndəsi Nikol Paşinyanla görüşüb


 

Aİ-nin xüsusi nümayəndəsi Nikol Paşinyanla görüşüb<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, Azərbaycanla kommunikasiyaların açılmasını müzakirə edib.

525.az “Report”a istinadən xəbər verir ki, görüşdə Aİ-nin mülki missiyasının Ermənistan- Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin iki ölkə arasında yaradılmış delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə də toxunublar.

 





29.10.2022    çap et  çap et