525.Az

ABŞ Rusiya ilə bağlı planını ertələyir


 

ABŞ Rusiya ilə bağlı planını ertələyir<b style="color:red"></b>

Neft bazarı ABŞ başda olmaqla Qərb və Rusiyanın da daxilində olduğu  OPEC+ ölkələri arasında gərginlik xəttindədir. 

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın bir müddətdir üzərində çalışdığı Rusiya neftinə yüksək qiymət qoymaqla bağlı planınını təxirə saldığı iddia edilir. 

ABŞ mediası Bayden administrasiyasının seçki öncəsi bazar dəyişkənliyindən qaçmaq istədiyi üçün bu addımı atacağını yazır.

“Wall Street Journal” yazır ki, ABŞ rəsmiləri noyabrın 8-də ABŞ-da keçiriləcək seçkilərdən sonrakı günlərə qədər Rusiya nefti üçün təklif olunan qiymət həddini təyin etməyi planlaşdırmır.

Jurnal onu da əlavə edir ki, Bayden administrasiyası bu qərarı ona görə ertələyir ki, bu plan ABŞ-da baş tutacaq seçkiyə də ciddi təsir göstərə bilər.

Fərid Sançar

 





29.10.2022    çap et  çap et