Finlandiyanın Baş naziri Sanna Marin bəyan edib ki, Türkiyə və Macarıstanın ölkələrinin NATO-ya üzvlüyünü nə vaxt ratifikasiya edəcəklərini proqnozlaşdırmaq mümkün deyil.
525.az xəbər verir ki, Baş nazir Marin "Yle TV1" kanalında iştirak etdiyi proqramda ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı qiymətləndirmələr edib.
Türkiyə və Macarıstanın ölkələrinin NATO üzvlüyünü nə vaxt təsdiqləyəcəklərini təxmin etməyin mümkün olmadığını ifadə edən Marin: "Təbii ki, bu mövzuda işlərin sürətlə irəliləyəcəyini ümid edirik" - deyə qeyd edib.
Sanna Marin NATO bazalarının və nüvə silahlarının Finlandiya ərazisində yerləşdirilməsi variantları barədə də açıqlamalar verib: “Söhbət daimi bazalardan və ya nüvə silahlarından gedirsə, məncə, bu cür ilkin şərtlər qoymamağımız və ya manevr imkanlarımızı məhdudlaşdırmamağımız çox vacibdir” - deyə Marin bildirib.
Sanna Marin onu da əlavə edib ki, o, nüvə silahlarının Finlandiya torpaqlarında yerləşdirilməsinin çətin olduğuna inanır.
Fərid Sançar
çap et