525.Az

"Şagirdin məktəbdə aldığı biliyi qiymətləndirilməlidir”


 

"Şagirdin məktəbdə aldığı biliyi qiymətləndirilməlidir” <b style="color:red"></b>

"Şagirdin məktəbdə aldığı biliyi qiymətləndirilməlidir. Şagirdlərimizin ingilis dilində dinləmə, anlama, qavrama bilikləri olmalıdır. Amma tədris ilinin başlamasından bir neçə ay keçib. Bu proqramın məzmunu belə təkmilləşdirilməyib. Bir neçə aydan sonra isə buraxılış imtahanıdır. Biz şagirdlərə həmin vaxta qədər dinləyib-anlama biliklərini, bacarıqlarını öyrədə bilməyəcəyiksə, onların buna görə imtahan edilməsində problemlər yarana bilər”.

525.az xəbər verir ki, bunu Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O qeyd edib ki, tədris ili başlamamış Dövlət İmtahan Mərkəzi (DİM) təqbiq etdiyi qaydalara müvafiq olaraq dərs proqramının məzmumunu yenilənməli idi. 

Məktəblərdə buna uyğun infrastruktur formalaşdırılmalıydı ki, şagirdlər DİM-in sınağından üzüağ çıxsınlar:

“Məktəblərin çoxunda isə bunun üçün lazımi avadanlıqlar yoxdur. Bu halda imtahanda iştirak edən şagirdlərin işi çətin olacaq".

İ. Orucov deyir ki, 9-cu sinif şagirdləri üçün xarici dil üzrə dinləyib-anlama bacarıqlarına yiyələnmək o qədər də vacib deyil. Çünki, 9-cu sinifdən bəzi şagirdlər təhsillərini ya davam etdirmirlər, yaxud da müxtəlif peşə məktəblərinə yönəlirlər. Bu zaman o şagirlərə müvafiq təhsil sənədinin alınmasında problem yarana bilər.

Ekspert bildirir ki, 9-cu sinifdən imtahan suallarının müvafiq tədbirlər görülmədən qəlizləşdirilməsi düzgün deyil. İ. Orucovun sözlərinə görə, bu şagirdlərin əlavə stresə sala bilər. O deyir ki, şagirdlərə verilən bilik yoxlanılmalıdır. Əgər o bilik məktəbdə verilməyibsə, şagirdi buna görə sınağa çəkmək yolverilməzdir. Bunun üzərində aidiyyatı qurumlar ciddi düşünməlidirlər.

Sevinc Qarayeva
 

 





30.10.2022    çap et  çap et