525.Az

Təhsilin məzmununa və təşkilinə dair yeni tələblər


 

Təhsilin məzmununa və təşkilinə dair yeni tələblər<b style="color:red"></b>

Azərbaycanda təhsilin məzmununa və təşkilinə dair yeni tələblər müəyyənləşir.

525.az-ın xəbərinə görə, bununla bağlı "Təhsil haqqında" qanuna yeni - 11.3-1-ci bənd əlavə olunur.

Yeni bəndə əsasən, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər.

Sevinc Qarayeva

 





30.10.2022    çap et  çap et