525.Az

Ukrayna: Rusiya ordusu 70 250 əsgər itirib


 

Ukrayna: Rusiya ordusu 70 250 əsgər itirib<b style="color:red"></b>

Ukrayna Baş Qərargahı Rusiyanın Ukraynaya hücum etdiyi 24 fevraldan bu yana 70 min 250 əsgər itirdiyini, son gündə isə 550 əsgərinin öldüyünü iddia edib. 

525.az xəbər verir ki, Ukrayna Baş Qərargahından verilən açıqlamada, müharibənin başladığı gündən bu yana ümumilikdə 70 min 250 rus əsgərinin zərərsizləşdirildiyi, son gündə isə Rusiya ordusundan 550 əsgərin öldüyü iddia edilib. 

Rusiya ordusuna məxsus 273 təyyarə, 252 helikopter, 2 min 659 tank, 5 min 401 zirehli texnika, 1708 top, 380 reaktiv yaylım atəşi sistemi və 195 hava hücumundan müdafiə sisteminin Ukrayna tərəfindən məhv edildiyi qeyd edilib. 

Rusiya ordusuna aid 4107 avtomobil, 16 gəmi, yüngül sürətli qayıq və 1406 pilotsuz uçuş aparatının da məhv edildiyi bildirilən açıqlamada, Rusiya ordusunun atdığı 351 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilib. 

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrın 21-də Ukraynadakı müharibədə 5937 rus əsgərinin həyatını itirdiyini açıqlayıb.

Malik Atilay

 





30.10.2022    çap et  çap et