525.Az

NASA Günəşi gülərkən tutub


 

NASA Günəşi gülərkən tutub<b style="color:red"></b>

NASA günəş fırtınalarını özü ilə gətirə bilən günəşin "təbəssüm"ünün görüntüsünü paylaşıb.

525.az xəbər verir ki, ABŞ Kosmik və Aviasiya Administrasiyasına (NASA) bağlı olan Günəş Dinamikası Rəsədxanası günəşin səthində "təbəssüm"ə bənzəyən görüntü çəkib. NASA-nın Günəş Dinamikası Rəsədxanasının bir yazısında: "Bu gün NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşi "gülümsəyərkən" tutdu. Günəşdə ultrabənövşəyi işıqda görünən bu qaranlıq ləkələr tac dəlikləri kimi tanınır və sürətli günəş küləyinin kosmosa əsdiyi bölgələrdir", - deyə bildirilib. 

Gülən fiquru meydana gətirən qaranlıq nöqtələr günəş küləyinin günəşdən qaçmasına imkan verən tac dəlikləridir. Fırtınanın nisbətən kiçik olacağı gözlənilir, baxmayaraq ki, proqnozlar bu küləyin Yerdə günəş fırtınasına səbəb ola biləcəyini göstərir. Günəş fırtınaları günəşdəki aktivliyin Yer kürəsində ciddi problemlər yarada biləcəyindən ehtiyat edən mütəxəssislər, buna görə narahatdır. Həddindən artıq günəş fırtınaları enerji sistemlərini, kosmik gəmiləri və ona qoşulmuş naviqasiya sistemlərini və radio rabitəsini sıradan çıxara bilər. Lakin ekspertlər bunun yalnız kiçik günəş fırtınasına səbəb olacağını proqnozlaşdırırlar. Belə bir fırtınada elektrik şəbəkəsində zəif dalğalanmalar ola, peyklərə və şimal işıqlarına cüzi təsirlər göstərə bilər.

Məhəmməd Tağıyev

 





30.10.2022    çap et  çap et