525.Az

Məşhur tablo 75 ildir ki, tərs nümayiş etdirilir


 

Məşhur tablo 75 ildir ki, tərs nümayiş etdirilir<b style="color:red"></b>

Piet Mondrianın “New York City I” əsəri 75 ildir ki, rəsm qalereyalarında səhv asılıb. 

525.az xəbər verir ki, bu maraqlı kəşfə baxmayaraq, rəsmə zərər verməmək üçün rəsmin asılma üsulu hələ də düzəldilməyib. 

Niderlandlı abstrakt rəssam Piet Mondrianın “New York City I” adlı tablosu 75 il əvvəl ilk dəfə sərgiləndiyi gündən bəri həmişə eyni şəkildə sərgilənib. Amma indi sənət tarixçisi əsərin tərs asıldığını və bütün bu illər ərzində səhv nümayiş etdirildiyini ortaya çıxarıb. 

Qırmızı, sarı, qara və mavi yapışan lentlərdən ibarət olan 1941-ci ildə çəkilmiş “New York City I” adlı rəsm ilk dəfə 1945-ci ildə Nyu-Yorkdakı MoMA-da, 1980-ci ildən isə Düsseldorfda nümayiş etdirilib. 

Lakin kurator Susanne Meyer-Büser deyir ki, tablo bütün bu illər ərzində səhv nümayiş etdirilib. Rəsmin hazırda asılma tərzi altında qalınlaşan çoxrəngli xətləri göstərir. Lakin Meyer-Büser bu ilin əvvəlində niderlandlı rəssam haqqında yeni sərgi üzərində işə başlayanda anlayıb ki, rəsm tərsinə olmalıdır. Meyer-Büser deyir ki: “Torun qalınlaşması qaranlıq səma kimi yuxarıda olmalıdır. Mən onu digər kuratorlara göstərəndə bunun olduqca açıq olduğunu başa düşdük. Mən 100 faiz əminəm ki, şəkil səhvdir".

Malik Atilay

 





30.10.2022    çap et  çap et