525.Az

Dünyanın ən uzun sərnişin qatarı səfər edib


 

Dünyanın ən uzun sərnişin qatarı səfər edib<b style="color:red"></b>

Dünyanın ən uzun sərnişin qatarı xidməti İsveçrədə həyata keçirilib. Albula-Bernina marşrutu 2008-ci ildə UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilib.

525.az xəbər verir ki, İsveçrədəki "Rhaetian" dəmir yolu şirkəti, şirkətin 1,9 kilometr uzunluğundakı 100 vaqonlu qatarının Alp dağlarının ətəyində inşa edilən Albula-Bernina marşrutu üzrə rekord cəhd üçün sərnişin daşıdığını açıqlayıb. Şirkət bu qatarın dünyanın ən uzun sərnişin qatarı olduğunu bildirib. "Rhaetian" direktoru Renato Fasciati bildirib ki, bu rekord İsveçrənin dəmir yolu mühəndisliyində uğurunu və ölkədə ilk dəmir yolu tikintisinin 175 illiyini vurğulamaq üçün qırılıb. Alp dağlarını deşərək qurulan və mənzərəsi ilə çoxlu turist cəlb edən Albula-Bernina marşrutu 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Elm və Mədəniyyət Təşkilatı UNESCO tərəfindən Ümumdünya İrs siyahısına daxil edilib.

Qeyd edək ki, turizm dəmir yolu 22 tunel və 48 körpüdən ibarətdir.

Məhəmməd Tağıyev

 





30.10.2022    çap et  çap et