525.Az

Avtobusdan 15 min manatlıq geyim əşyaları oğurlayanlar tutuldu


 

Avtobusdan 15 min manatlıq geyim əşyaları oğurlayanlar tutuldu<b style="color:red"></b> Bakıda oğurluqda ittiham olunan şəxslər yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 4-də  Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin dayanacağında Bərdə rayon sakini Rəhim Əsədova məxsus “Mercedes” markalı avtobusdan naməlum şəraitdə, 15 min manat dəyərində geyim əşyaları oğurlanıb.
 
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, 25 yaşlı iki həmyaşıd -  Məhiyəddin Fətullayev və Elvin Əsədov Qaradağ rayon 10-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
 





20.06.2014    çap et  çap et