525.Az

İran: Şirazdakı məscidə hücum edən şəxs öldü


 

İran: Şirazdakı məscidə hücum edən şəxs öldü<b style="color:red"></b>

İran oktyabrın 26-da Şirazda 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu həyata keçirən və yaralı olaraq ələ keçirilən terrorçunun öldüyünü açıqlayıb.

525.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-ya danışan Fars əyalətinin valisinin təhlükəsizlik məsələləri üzrə müavini İsmayıl Muhibbipur: "Şah Çərəq məscidini ziyarət edənlərə hücum edən terrorçu bütün səylərə baxmayaraq, xəstəxanada dünyasını dəyişib", - deyib. 

İran dövlət televiziyası oktyabrın 26-da Fars əyalətinin inzibati mərkəzi olan Şiraz şəhərində Şah Çərəq məscidinə edilən silahlı hücumda aralarında uşaqların da olduğu 15 nəfərin həlak olduğunu açıqlamışdı. Hücum edən şəxs hadisədən dərhal sonra yaralı halda yaxalanmış və müalicə üçün xəstəxanaya aparılmışdı. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü. Milli Təhlükəsizlik Ali Şurasının "Nournews" qəzeti hücumla bağlı xəbərində hücum edənin xarici ölkə vətəndaşı olduğunu açıqlasa da, milliyyəti barədə məlumat verməmişdi.

Qeyd edək ki, yarı rəsmi Fars Xəbər Agentliyi isə hücumçunun adının "Həmid Bədəhsən" olduğunu yazmış, lakin səlahiyyətlilər bu məsələ ilə bağlı heç bir açıqlama verməmişdi.

Məhəmməd Tağıyev

 





30.10.2022    çap et  çap et