525.Az

Çexiyada nazirliyin binasında Putinin cəsəd çantasındakı şəkli asılıb


 

Çexiyada nazirliyin binasında Putinin cəsəd çantasındakı şəkli asılıb<b style="color:red"></b>

Çexiya Daxili İşlər Nazirliyi Müstəqillik Günü ilə əlaqədar nazirlik binasında iri ölçülərdə asılan Çexiya və Ukrayna bayraqlarının ortasına cəsəd çantasında Rusiya prezidenti Vladimir Putinin şəklini yerləşdirib.

525.az xəbər verir ki, Çexiyanın Müstəqillik Günü ilə əlaqədar paytaxt Praqanın Letna rayonundakı Daxili İşlər Nazirliyinin binasının çöl hissəsində Rusiya prezidenti Vladimir Putinin cəsəd çantasında əks olunduğu şəkil asılıb.

Çexiyanın daxili işlər naziri Vit Rakusan sosial media hesabından verdiyi açıqlamada: “1918-ci ildə Çexoslovakiyanın qurucuları kimi, bu çətin zamanda belə cəsarət və möhkəmlik göstərməyə davam etməyimizi istəyirəm. Biz dönə-dönə göstərəcəyik ki, biz ölkəmizi Çexiya bayrağı altında işğalçıya qarşı müdafiə edəcəyik və ölkəmiz uğrunda qürurla vuruşacağıq. Dostumuzun kim olduğunu bilirik. Onlar da bizim azadlığımız üçün qan tökürlər. Biz düşmənimizin kim olduğunu da bilirik və onun bayrağımızı oğurlamasına imkan verməyəcəyik", - deyilir.

Malik Atilay

 





30.10.2022    çap et  çap et