525.Az

Hava limanlarının açılması sayəsində azad edilmiş ərazilərin dünya ilə əlaqəsi qurulub


 

Hava limanlarının açılması sayəsində azad edilmiş ərazilərin dünya ilə əlaqəsi qurulub<b style="color:red"></b>

“Aktiv siyasətimiz türk dünyasında da dəyişikliyi başladıb”.

525.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Cənubi Qafqazda Azərbaycana verdikləri dəstəklə 30 ildir davam edən haqsız işğala son qoyulub: “Prezidentlərimizin imzaladığı Şuşa bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqliyə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasını görürük. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi quruldu. Biz o torpaqlara universitetlərdə olan diplomatlarımızı da göndərdik ki, onlar da tarixə şahidlik etsinlər”.

 





31.10.2022    çap et  çap et